Kanaldan meyiti tapıldı

kanaldan-meyiti-tapildi
Oxunma sayı: 737

Tovuz rayonunda kanaldan meyit tapılıb.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 16-sı saat 22 radələrində Aşağı Öysüzlü kəndində su kanalında kişi meyiti aşkar edilib.

Ölən şəxsin kənd sakini 1976-cı il təvəllüdlü Çingiz Süleyman oğlu Axundov olması müəyyən edilib.

Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.