PSJ Liqa 1-in 18-ci turunda “Lill”i 3:0 hesabı ilə məğlub edib.
“Qafqazinfo” xəbər verir ki, bu qələbə Paris klubunun baş məşqçisi Luis Enrikenin rəhbərliyi altında qazandığı 100-cü qələbə olub.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyundan sonra danışan ispan mütəxəssis nəticəni belə dəyərləndirib: “100 qələbə pis deyil. Bu tempdə davam etməliyik. Min qələbə istərdim, amma hələ buna çox var”.
Luis Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi altında Paris təmsilçisi iki dəfə Fransa çempionu olub, Fransa Kuboku və Fransa Superkubokunu qazanıb. Həmçinin PSJ Çempionlar Liqası, Qitələrarası Kubok və UEFA Superkubokunun qalibi olub.
Son xəbərlər
Son Xəbərlər