Çimayev də Kadırovun oğlu ilə birgə qəzaya düşüb?

cimayev-de-kadirovun-oglu-ile-birge-qezaya-dusub
Oxunma sayı: 997

UFC ulduzu Həmzət Çimayevin yol qəzasında həlak olması barədə yayılan məlumatlar təkzib edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

İdmançının vəziyyəti ilə yaxından tanış olan mənbələrin məlumatına görə, Çimayev hazırda Dubaydadır və səhhəti tam qaydasındadır. Çeçenistanın “Çeçenistan Seqodnya” dövlət agentliyi də döyüşçünün ölümü ilə bağlı iddiaların əsassız olduğunu təsdiqləyib.

Qeyd edək ki, sözügedən şayiələr Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun iştirakı ilə baş vermiş yol qəzasından sonra yaranıb.