Zelenski ABŞ ilə fikir ayrılıqlarının olduğunu etiraf etdi

zelenski-abs-ile-fikir-ayriliqlarinin-oldugunu-etiraf-etdi
Oxunma sayı: 469

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ administrasiyası ilə aparılan danışıqlarda bəzi strateji məsələlər üzrə ciddi fikir ayrılıqlarının olduğunu etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Strana.ua” portalı Ukrayna liderinin açıqlamasına istinadən məlumat yayıb.

Zelenski Amerika tərəfi ilə intensiv işlədiklərini bildirsə də, bütün məqamlarda ortaq məxrəcə gələ bilmədiklərini gizlətməyib:

“Düşünürəm ki, biz Amerika tərəfi ilə çox yaxşı işlədik. Sadəcə bəzi məsələlərdə eyni fikirdə deyilik. Danışıqlar prosesində Ukraynanın maraqlarını şəxsən müdafiə edirəm və Kiyev bu məsələdə fəal mövqe tutur”.

Xatırladaq ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp sülh danışıqlarındakı ləngiməyə görə birbaşa Volodimir Zelenskini ittiham etmişdi. Tramp bildirib ki, prosesin irəliləməsinə mane olan tərəf Moskva deyil, məhz Kiyevdir.