Kadırovun qəzaya düşən oğlu təyyarə ilə Moskvaya aparıldı

kadirovun-qezaya-dusen-oglu-teyyare-ile-moskvaya-aparildi
Oxunma sayı: 2986

Çeçenistan rəhbəri Ramzan Kadırovun dünən qəzaya düşən oğlu Adam Kadırov tibbi təyyarə ilə Moskvaya aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya teleqram kanallarında məlumat yayılıb.

Bildirilib ki, sözügedən təyyarə gecə saatlarında Moskvanın “Vnukovo” aeroportunda yerə enib.

Onun ardınca Ramzan Kadırovun da təyyarəsinin hava limanında eniş etdiyi qeyd olunub.

Xatırladaq ki, 18 yaşlı Adam Kadırovun korteji Qroznıda qəzaya uğrayıb. Hadisə nəticəsində yaralanan Adam ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.