Tramp onları rüsumlarla hədələdi

tramp-onlari-rusumlarla-hedeledi
Oxunma sayı: 1027

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiya üzərində nəzarət əldə etmək planına qarşı çıxan ölkələri sərt iqtisadi sanksiyalar və tariflərlə hədələyib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Evdə səhiyyə mövzusunda keçirilən tədbir zamanı çıxış edən Tramp Qrenlandiya məsələsinin ABŞ üçün sadəcə bir maraq deyil, milli təhlükəsizlik prioriteti olduğunu vurğulayıb.

Prezident bildirib ki, Qrenlandiya strateji baxımdan kritik ərazidir və ABŞ-nin bu addımı ilə razılaşmayan ölkələrə qarşı ticarət tarifləri tətbiq edilə bilər:

“Mən Qrenlandiya ilə bağlı bizimlə razılaşmayan ölkələrə tarif tətbiq edə bilərəm. Çünki milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Buna görə də mən bunu edə bilərəm”.

Tramp həmçinin xatırladıb ki, oxşar tarifləri artıq Avropa İttifaqından gətirilən dərman preparatlarına tətbiq edib və eyni mexanizmi Qrenlandiya planına dəstək verməyən müttəfiqlərinə qarşı da işə sala bilər.