Bütün siyasi partiyalar reyestrində baş vermiş dəyişikliklər barədə məlumat verib - Nazirlik

butun-siyasi-partiyalar-reyestrinde-bas-vermis-deyisiklikler-barede-melumat-verib
Oxunma sayı: 515

Ölkədə dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalar tərəfindən üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim edilib.

Bu barədə “Qafqazinfo”ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.4-cü maddəsinə əsasən siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat təqdim edir.