“Məni gözəllik salonunda əməliyyat etdi, ağzım əyilir” - Video

meni-gozellik-salonunda-emeliyyat-etdi-agzim-eyilir
Oxunma sayı: 201

“TikTok”da səhifəsini görüb əl işlərini çox bəyəndim və əlaqə saxladım. Amma o əməliyyatların heç biri ona aid deyilmiş”.

“Qafqazinfo” xəbər verir ki, bu iddianı 39 yaşlı Günel Cəfərova səsləndirib.

O qeyd edib ki, boğazgərmə əməliyyatı olunmaq üçün “TikTok”dan tapdığı “Plastik.estetika”səhifəsinə müraciət edib. Əməliyyatı özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimlinin icra etdiyini öyrənib. Ötən ilin iyununda 9 mkr. Mir Cəlal küçəsində yerləşən “Beauty Derm Estetik”də cərrahi əməliyyat olunub.

Günel Cəfərova bildirib ki, 7 aydır boynunda şiddətli ağrılar var, əməliyyatın izi kiçilmir, nitqində də problem yaranıb:

“Gedib danışdım, mənə 1200 manat dedi, 50 manat isə korset üçün istədi. Dedi sizə əməliyyatı 60% endirimlə edirəm. Əslində qiymət 1600 manatdır. Məni elə o gözəllik salonunda, klinikada da əməliyyat elədi. Hər dəfə çəkib şəklini atırdım. Deyirdi ki, düzəlir, yaxşıdı. Məndə çox böyük qüsur yaradıb. Sağ tərəfə ağzım əyilir, ağrılar verir. Hazırda mənim  boynumun hər iki tərəfində 11 sm kəsik var. Tibbdə bu cür boyungərmə əməliyyatı yoxdu. Dünən yanına getdim ki, məni bu gününə qoymusan, mənim pulumu qaytar, mən kasıb adamam. Dedi ki, mən sənə pul vermirəm. Bu sənin öz günahındır”.

Esmira İbrahimli isə suallara cavab verməkdən imtina edib və lazımi orqanlara açıqlama veriləcəyini deyib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, aparılan araşdırma zamanı Esmira İbrahimovanın “Vahid Səhiyyə İnformasiya Sistemi”ndə tibb işçisi kimi qeydiyyatda olmadığı müəyyən edilib.

“BEAUTY DERM” Estetik Mərkəzinin hansı sahibkarlıq subyektinə məxsus olması barədə rəsmi məlumat yoxdur. Şikayətçi adıçəkilən müəssisədə yoxlamanın aparılmasını istəyirsə, konkret faktlara əsaslanan məlumatlarla - xidmətə görə ödəniş qəbzi, tibbi xidmətə dair qeydiyyat sənədləri və s. ilə birlikdə Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət etməlidir.

Daha ətrafı “Xəzər TV”nin süjetində: