Tovuz və Zaqatalada dəm qazından zəhərlənmə

tovuz-ve-zaqatalada-dem-qazindan-zeherlenme
Oxunma sayı: 363

Zaqatalada 4 nəfər dəm qazından zəhərlənib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 16-sı saat 21:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.

Tovuzda da 4 nəfər dəm qazından zəhərlənib.

Tovuz Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 00:50 radələrində dəm qazı zəhərlənməsi şübhəsilə  4 nəfər (2 kişi, 2 qadın) xəstəxanaya hospitalizasiya olunub: “Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.

Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.

APA-nın məlumatına görə, Tovuzda, həmçinin Zaqatalada zəhərlənənlər bir ailənin üzvləri olublar.