Bu tələbələrlə əmək müqaviləsi bağlanacaq

bu-telebelerle-emek-muqavilesi-baglanacaq
Oxunma sayı: 927

Təhsilalanlar və əcnəbilərlə də əmək müqaviləsi bağlanıla biləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Qanuna əsasən, təhsilalanlar istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol veriləcək.