“Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılmasına zərurət yaranıb” - Təmraz Tağıyev

qeyri-yasayis-saheleri-ucun-emlak-vergisinin-artirilmasina-zeruret-yaranib
Oxunma sayı: 826

“Qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılması təklif edilib”.

“Qafqazinfo” Belediyye.info-ya istinadən xəbər verir ki, bu təkliflə dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev çıxış edib.

Təmraz Tağıyev deyib ki, yerli vergilərin tarif dərəcələri son 25 il ərzində dəyişdirilməmiş qalıb: “Məhz bu səbəbdən bələdiyyələrin əldə etdiyi vergilərin həcmi bir çox hallarda aşağı səviyyədə olur. Bu gün Nərimanov rayonunda 1000 kv metr qeyri-yaşayış sahəsində yerləşən bir ticarət mərkəzi obyekt sahibinə ayda 25 min manat icarə haqqı, bələdiyyəyə isə ildə bir dəfə olmaqla cəmi 500 manat ödəyir, ancaq onu da bəzən ödəməkdən yayınır”.

Sədr qeyd edib ki, qeyri-yaşayış sahələri üçün əmlak vergisinin artırılmasına bu gün zərurət yaranıb: “Bu tariflərin artırılması irihəcmli dövriyyəsi olan obyektlərə elə də ciddi təsir etməyəcək, ancaq bələdiyyələrin büdcəsinə çox böyük gəlir gətirə bilər. İstənilən halda əldə edilən əlavə maliyyə vəsaiti məhz rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldillir”.