“İmişli” futbol klubunun hazırlıq məqsədilə keçirdiyi yoxlama oyunu kütləvi dava və qalmaqalla yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bölgə təmsilçisinin Bakı Olimpiya Stadionunun yardımçı meydançasında I Liqa klubu “Şəfa” ilə keçirdiyi görüş sona qədər tamamlanmayıb.
Məlumata görə, matçın 75-ci dəqiqəsində “İmişli” 0:1 hesabı ilə geridə olarkən futbolçular arasında yaranan gərginlik kütləvi qarşıdurmaya çevrilib. Meydanda tərəflər arasında yaranan mübahisənin böyüməsi səbəbindən hər iki komanda meydanı tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, Elgiz Kərəmlinin rəhbərlik etdiyi “Şəfa” I Liqada məğlubiyyətsiz irəliləyərək, qış fasiləsinə 30 xalla lider kimi yollanıb. “Pələnglər” isə Premyer Liqanın turnir cədvəlində 17 xalla 9-cu sırada qərarlaşıb.
Son xəbərlər
Son Xəbərlər