“Serial çəkilişi zamanı qabırğam sındı”

serial-cekilisi-zamani-qabirgam-sindi
Oxunma sayı: 476

Dünyaca məşhur “Taxt Oyunları”nın ulduzu Emilia Klark yeni serialı “Ponies”in çəkilişləri zamanı yaşadığı çətin anlardan danışıb.

“Qafqazinfo” xəbər verir ki, aktrisa səhnə çəkərkən qabırğasının sındığını və çəkiliş prosesinin gözlədiyindən daha yorucu olduğunu açıqlayıb.

“Bir neçə saat ərzində ardıcıl olaraq üç nəfərlə səhnələri təkrar etdik. Həmin gün qabırğamı sındırdım”, -   o qeyd edib.

“Ponies” serialında hadisələr “Soyuq müharibə” dövründə baş verir. Klark burada ərini itirmiş və cavabsız suallara cavab axtaran “Bea” obrazını canlandırır. Personaj yüksək vəzifəli KQB agentlərini yoldan çıxararaq məlumat toplamağa çalışır.

39 yaşlı aktrisa, həmçinin, fantastik istehsallardan uzaqlaşdığını və karyerasında daha çox real hekayələrə və fərqli janrlara fokuslanmaq istədiyini bildirib.

Klark əlavə edib ki, “Ponies” tamaşaçılara onu tamamilə fərqli bir rolda təqdim edəcək və bu, karyerasında mühüm dönüş nöqtəsi olacaq.