İranda etirazlarda ölənlərin sayı artdı

iranda-etirazlarda-olenlerin-sayi-artdi
Oxunma sayı: 1501

İranda etirazlarda ölənlərin sayı 3308 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranda İnsan Hüquqları Aktivistləri (HRA) təşkilatı məlumat yayıb.

Qeyd edilib ki, ölənlər arasında 3097-si etirazçı, 22-si uşaq, 23-ü isə bitərəf mülki şəxs olub.

Bundan əlavə, 166 təhlükəsizlik işçisi və hökuməti dəstəkləyən mülki şəxsin öldürüldüyü bildirilib.

4382 ölüm xəbəri ilə bağlı isə araşdırmalar davam edir.

HRA həmçinin 2107 nəfərin ağır yaralandığını və nümayişlər zamanı həbs olunanların sayının 24266-ya çatdığını qeyd edib.