Yeni Günəşlidəki qəza aradan qaldırıldı - Yenilənib+Video

yeni-guneslideki-qeza-aradan-qaldirildi
Oxunma sayı: 1228

“Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi D massivində yerləşən 12 bloklu binaya su fasilələrlə verilir, veriləndə isə binanın blokuna, həyətə axır”.

“Qafqazinfo” xəbər verir ki, bu şikayətlə “Xəzər TV”yə həmin ərazidə yaşayan sakinlər müraciət ediblər.

Onların iddiasına görə, binaya suyun qrafiklə verilməsini aidiyyəti qurum qənaətlə əlaqələndirir. Halbuki binaya su verilən saatlarda isə küçəyə axır.

Bildirilib ki, ərazidə çəkiliş aparılan zaman suyun qrafikə uyğun olaraq kəsilmə vaxtı olsa da, həyətdə axan suyun izləri qalmaqda idi. Sakinlər deyirlər ki, su xətləri əsaslı təmir olunmadığına görə problem hər gün yenidən təkrarlanır. Üstəlik, qazılan yerlər də asfaltlanmır ki, bu da sakinlərə əlavə problem yaradır.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, həmin ünvandakı qəza ilə bağlı sukanal idarəsi məlumatlıdır. Hazırda qəza briqadası əraziyə yönləndirilib, problemin həlli istiqamətində iş gedir.

***

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, məlumat daxil olan kimi, sukanal idarəsinin əməkdaşları hadisə yerində cəlb olmuş, qəza xidmətinin əməkdaşları isə su axıntısının qarşısını dərhal alıblar.

Daha ətraflı süjetdə: