İş başında sükanı buraxıb oyun oynayırdı - İşdən çıxarıldı

is-basinda-sukani-buraxib-oyun-oynayirdi
Oxunma sayı: 2087

Sosial şəbəkələrdə Bakıdan Gəncəyə yola düşən avtobusda sürücünün yol boyu dəfələrlə sükanı buraxaraq, hər iki əli ilə mobil telefonda oyun oynamasını əks etdirən görüntülər yayılıb. İddia olunub ki, sürücü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə diqqətini yoldan yayındıraraq həm özünün, həm də avtobusda olan sərnişinlərin həyatını real təhlükə altına atıb.

Məsələ ilə bağlı AYNA-dan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, görüntü ilə əlaqədar AYNA-da araşdırma aparılıb.

“Məlum olub ki, “Uğurlu yol” MMC-yə məxsus 77-JK-411 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü Namiq Cənnətovdur. Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü daşıyıcı şirkət tərəfindən artıq işdən çıxarılıb.

Qeyd edək ki, həmin sürücünün gələcəkdə digər marşrutlarda işlə təmin olunması məqsədəuyğun hesab edilmədiyindən, bütün daşıyıcılar bu barədə məlumatlandırılıb və onlara sərnişindaşıma norma və qaydalarına riayət edilməsi barədə bir daha tapşırıq verilib”, - qurumdan bildirilib.