“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır” - Tramp

iranda-yeni-rehberlik-axtarmagin-vaxtidir
Oxunma sayı: 1538

ABŞ Prezidenti Donald Tramp Tehranda hakimiyyət dəyişikliyinin zəruri olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Ağ Ev rəhbəri “Politico” nəşrinə müsahibəsində İrandakı mövcud siyasi kursun iflasa uğradığını qeyd edib.

“İranda yeni rəhbərlik axtarmağın vaxtıdır”, – deyə Tramp mövcud vəziyyəti şərh edib.

Qeyd edək ki, İranda iğtişaşlar 2025-ci ilin dekabr ayının sonlarından etibarən milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi vəziyyətin pisləşməsi səbəbindən başlayıb.