Şəmkirdə maşın ağaca çırpıldı - Ölən var

semkirde-masin-agaca-cirpildi
Oxunma sayı: 622

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Hyundai Elantra” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 1985-ci il təvəllüdü Ruslan Süleymanov həyatını itirib. 2001-ci il təvəllüdlü Kamran Məmmədov isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev