Şəmkirdə 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Alik Məmmədov evin həyətində yerləşən tövlənin dam örtüyündən ot bağlaması düşürərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb.
Hündürlükdən düşən Alik Məmmədovun başı beton səthə çırpıb.
Ağır xəsarət alan zərərçəkən xəstəxanaya çatdırılasa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər