Əbu-Dabi yenə dünyanın ən təhlükəsiz şəhəri seçilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Numbeo” tərəfindən dərc edilən beynəlxalq hesabatda məlumat verilib.
Bildirilib ki, şəhər 2017-ci ildən bəri ardıcıl onuncu ildir ki, dünyanın ən təhlükəsiz şəhəri mövqeyini qoruyub saxlayır.
Bu davamlı yüksək reytinq, Əbu-Dabinin təhlükəsizliyin, sabitliyin və həyat keyfiyyətinin təmin edilməsində qlobal liderliyini vurğulayır, onun əsas beynəlxalq məkan kimi mövqeyini sübut edir.
Son xəbərlər
Son Xəbərlər