Kürdəmirdə Zəfər Günü ilə bağlı konsert keçirilib - Fotolar

kurdemirde-zefer-gunu-ile-bagli-konsert-kecirilib
Oxunma sayı: 175

Kürdəmir rayonunda 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə möhtəşəm “Zəfər” konserti keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kürdəmir Olimpiya Kompleksində 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə keçirilən möhtəşəm “Zəfər” konsertində Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi qələbə, şəhidlərimizin əziz xatirəsi və qəhrəman qazilərimizin igidliyi bir daha ehtiramla yad edilib.

Konsert proqramında Respublikanın tanınmış sənətçilərinin və yerli mədəniyyət kollektivinin çıxışları, vətənpərvərlik mövzusunda mahnıları və musiqi kompozisiyaları təqdim olunub. Tədbir iştirakçıları Zəfər Gününün yaratdığı qürur və sevinci birgə yaşayıblar. Bayram ab-havasında keçən konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub və səma Zəfər rənglərinə bürünüb.

Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, rayon sakinləri və rayona gələn qonaqlar iştirak ediblər.