“ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”

abs-ile-danisiqlarda-hec-bir-irelileyis-elde-edilmeyib
Oxunma sayı: 12

“ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə edilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O, Tehran və Vaşinqton arasında müharibənin dayandırılması ilə bağlı vasitəçilər üzərindən aparılan təmaslarda hər hansı müsbət dinamikanın olmadığını söyləyib.

ABŞ-də keçirilən aralıq seçkilərin nəticələri və diplomatik prosesin dondurulması ilə bağlı mətbuata açıqlama verən Əraqçi durğunluğun əsas səbəbini Vaşinqtondakı siyasi qeyri-müəyyənliklə əlaqələndirib: “Müharibənin sona çatması ilə bağlı ABŞ-İran danışıqlarında hazırda heç bir irəliləyiş yoxdur.

Bunun əsas səbəbi ABŞ-də hər kəsi təəccübləndirən seçki nəticələridir. Vəziyyətin sabitləşməsi və vasitəçilərin səfərlərini bərpa edə bilməsi üçün uyğun atmosferin yaranmasına bir qədər vaxt lazımdır. Ağ Ev administrasiyasının mövqeyinin necə formalaşacağını gözləməliyik”.

Əraqçinin sözlərinə görə, Tehran tərəfi prosesi tələsdirmədən Vaşinqtonun növbəti addımlarını izləmək mövqeyini seçib.