Şəmkirdə ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun Keçili kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb.
Nəticədə, 2008-ci il təvəllüdlü Teymur Orucov hadisə yerində ölüb. Sürücü 20 yaşlı Vüsal Əmrahov və sərnişinlərdən 2002-ci il təvəllüdlü Cahid Rüstəmov xəsarət alıblar.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər