Liderlər və birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşdü

liderler-ve-birinci-xanimlar-teltif-edilmis-herbi-qulluqcularla-gorusdu
Oxunma sayı: 928

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə Vətən Müharibəsi qəhrəmanları ilə, “Qarabağ” və “Zəfər” ordenlərinə layiq görülmüş hərbi qulluqçularla görüşüblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.