“Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında deyib.
Buna görə Türkiyə Prezidentinə xüsusi minnətdarlığını bildirən dövlət başçısı düz 6 il bundan əvvəl Şuşa şəhərinin erməni işğalından azad edildiyini və ondan bir gün sonra Ermənistanın rəsmən təslim olduğunu xatırladıb.
Prezident İlham Əliyev bildirib ki, böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli amildir. Bu, sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur.
“Bir daha demək istəyirəm ki, əziz qardaşım, hörmətli Prezidentin sıx qrafikinə baxmayaraq, bu Zəfər Günündə burada - Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir. Əminəm ki, bu birlik əbədi olacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.
Son xəbərlər
Son Xəbərlər