Vaşinqton müharibəni bitirmək üçün Pekindən kömək istəyib

vasinqton-muharibeni-bitirmek-ucun-pekinden-komek-isteyib
Oxunma sayı: 560

ABŞ administrasiyası İranla müharibəni yekunlaşdırmaq və diplomatik həll yoluna nail olmaq üçün Çinin Tehran üzərindəki siyasi-iqtisadi nüfuzundan istifadə etməyi xahiş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti ABŞ və Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ-də müharibəyə qarşı artan təzyiq və 3 noyabr aralıq seçkilərinin nəticələri Tramp administrasiyasını diplomatik variantları sürətləndirməyə vadar edib.

İddialara əsasən, ABŞ maliyyə naziri Skott Bessent Prezident Donald Trampın tapşırığı ilə Çin hökumətinə müraciət edib. Bessent Pekindən müharibəni dayandırmaq üçün İran rəhbərliyinə təsir göstərməsini istəyib və Çin tərəfi bu mesajı artıq Tehrana çatdırıb.

Qeyd edək ki, Trampın noyabrın 18-də Çinə nəzərdə tutulan səfəri çərçivəsində Pekində Çin Sədri Si Cinpinlə görüşündə İran mövzusunun əsas gündəm mövzusu olacağı gözlənilir. Danışıqlarda Rusiya Prezidenti Vladimir Putinin də iştirak edə biləcəyi iddia olunur.