“Fənərbaxça” səfərdə 5 qolla qalib gəldi

fenerbaxca-seferde-5-qolla-qalib-geldi
Oxunma sayı: 727

Türkiyə Super Liqasında XI turun növbəti oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, “Fənərbaxça” səfərdə “Çorum”un qonağı olub.

İstanbul təmsilçisi rəqibini 5:0 hesabı ilə məğlub edərək iki oyunluq qələbəsizlik seriyasına son qoyub. Qonaqların heyətində Meyson Qrinvud (12, 63) və İrfan Can Kahveci (21, 56) dubla imza atıblar. Digər qolu isə 74-cü dəqiqədə Oğuz Aydın vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran “Fənərbaxça” bir oyun artıq keçirməklə 5-ci pilləyə yüksəlib. 16 xalı olan “Çorum” isə 9-cu sırada qalıb.

Qeyd edək ki, növbəti turda “Fənərbaxça” səfərdə “Kocaelispor”la, “Çorum” isə “Başakşəhər”lə qarşılaşacaq.