Gəncədə də Bayraq Günü münasibətilə hərbi yürüşlər keçirilir - Video

gencede-de-bayraq-gunu-munasibetile-herbi-yurusler-kecirilir
Oxunma sayı: 351

Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də 9 Noyabr  – Dövlət Bayrağı Gününə həsr olunmuş yürüş baş tutub.

“Qafqazinfo” xəbər verir ki, yürüş Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub.

Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prospektləri ilə davam edib.

Yürüş hər kəs tərəfindən böyük coşqu ilə qarşılanıb.

Yunis Quliyev