ƏƏSMN-in kollektivi Zəfər abidəsini ziyarət etdi - Fotolar

eesmn-in-kollektivi-zefer-abidesini-ziyaret-etdi
Oxunma sayı: 698

Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü münasibətilə bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib.

“Qafqazinfo” xəbər verir ki, Vətən müharibəsində Azərbaycanın tarixi Qələbəsini, xalqımızın sarsılmaz birlik və həmrəyliyini, dəmir iradəsini təcəssüm etdirən Zəfər abidəsinin önünə gül dəstələri düzülüb, qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.

2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz uğurlu hərbi əməliyyatlarla cəmi 44 gün ərzində möhtəşəm tarixi Zəfər əldə edib. Beynəlxalq səviyyədə tanınan ərazilərimiz Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad olunub.

İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımızın əzəmətlə dalğalanması və aparılan böyük bərpa-quruculuq işləri hər birimiz üçün sonsuz iftixar mənbəyidir.

Dövlət başçısının 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.