İranda 3 etirazçı edam edildi

iranda-3-etirazci-edam-edildi
Oxunma sayı: 121

İranda 2026-cı ilin yanvar ayında baş verən genişmiqyaslı anti-hökumət nümayişləri zamanı “zorakılıq aktlarında iştirak etmək” və “dövlət əleyhinə fəaliyyət göstərmək” iddiası ilə mühakimə olunan 3 nəfər edam edilib.

“Qafqazinfo” xəbər verir ki, İranın “Mizan” agentliyinin yaydığı məlumata əsasən, Həmid Kazımi, Həsən Deyyibənd və Rza Zəngənə haqqında çıxarılan edam hökmü Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra icra olunub.

Məhkəmə sənədlərində həmin şəxslərin Kərəc şəhərindəki nümayişlər zamanı elektrik transformatorlarını sıradan çıxarmaq, dövlət və özəl mülkiyyətə “Molotov” kokteylləri ilə hücum etmək, ictimaiyyəti təhrik etmək və təhlükəsizlik qüvvələrinə qarşı silahlı müqavimət göstərməkdə təqsirli bilindikləri iddia edilib.

Qeyd edək ki, İranda kütləvi etirazlar 2025-ci ilin dekabrın 28-də milli valyutanın kəskin dəyərsizləşməsi və dərinləşən iqtisadi böhran fonunda Tehranın Böyük Bazarında başlayıb, yanvarın əvvəlində ölkə miqyasında anti-hökumət hərəkatına çevrilib. Yanvarın 8-dən etibarən hakimiyyət ölkə üzrə internetə çıxışı tamamilə məhdudlaşdıraraq hərbi güclə nümayişləri yatırıb.