Kürdəmirdə yük maşını aşıb - Yaralı var+Yenilənib

kurdemirde-yuk-masini-asib
Oxunma sayı: 876

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Gədəbəy sakini Vahid Allahverdiyevin idarə etdiyi “KamAz” markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma başlanılıb.

***

Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 1999-cu il təvəllüdlü şəxs (kişi) 24.06.2026-ci il tarixində saat 10:26 radələrində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona döş qəfəsinin, qarının küt travması, sol əlin ovuc səthinin əzilmiş yarası diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Yunis Quliyev