Fransa millisinin baş məşqçisi Didye Deşam anasının vəfatı səbəbindən ölkəsinə yollanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis DÇ-2026-nın qrup mərhələsinin son turunda Norveçlə keçiriləcək oyunda komandasının yanında ola bilməyəcək.
Fransa və Norveç milliləri I qrupda mübarizə aparır və hər iki komanda 6 xal toplayaraq artıq pley-off mərhələsinə vəsiqəni təmin edib. Qrup liderliyi üçün Fransaya son turda məğlub olmamaq kifayətdir.
57 yaşlı Didye Deşam 2012-ci ildən Fransa millisinin baş məşqçisidir.
Son xəbərlər
Son Xəbərlər