Qaradağda ümumrayon tədbiri keçirildi - Fotolar

qaradagda-umumrayon-tedbiri-kecirildi
Oxunma sayı: 515

İyunun 24-də Qaradağ Rayon Heydər Əliyev Mərkəzi və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının I müavini Emil Abbasov, deputat Aydın Hüseynov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatı sədrinin müavini Faiq Qurbanov, Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin direktoru Çərkəz Əliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin şəxsi heyəti, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Emil Abbasov bildirib ki, 26 İyun – Silahlı Qüvvələr Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar tarixlərdən biridir. Azərbaycan Ordusu bu gün regionun ən güclü ordularından biri olmaqla dövlətimizin müstəqilliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi ordu quruculuğu strategiyası Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, nəticədə Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişdir. Şəhidlərimizin əziz xatirəsini daim uca tutur, qazilərimizə dərin ehtiramımızı bildiririk.

Çıxışlarda Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəfli inkişaf yolundan, ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən ardıcıl islahatlardan, Vətən müharibəsində və sonrakı dövrdə əldə olunmuş tarixi nailiyyətlərdən geniş bəhs edilib.

Tədbirin sonunda xidmətdə fəqlənən hərbiçilərə Qaradağ Rayon İcra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələr təqdim olunub.