Fransanın böyük hissəsində anomal istilər səbəbindən ən yüksək – qırmızı hava təhlükəsi səviyyəsi elan edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya Xidməti (“Météo-France”) təcili xəbərdarlıq yayıb.
Məlumata görə, hazırda ölkənin 72 departamentində qırmızı, digər 17-sində isə narıncı təhlükə səviyyəsi qüvvədədir. Proqnozlara əsasən, iyunun 25-i günün ikinci yarısı və axşam saatlarında Atlantik okeanı sahili boyu qeyri-sabit hava şəraiti və şimşək çaxacağı gözlənilir. Paytaxt Parisdə gecə saatlarında temperaturun müsbət 29, Bretandan İl-de-Fransa qədər olan ərazilərdə isə müsbət 23-26 dərəcə olacağı ehtimal edilir.
“Maksimal temperaturlar Atlantik sahili boyu bir qədər enməyə başlasa da, anomal istilər ölkə daxilində davam edəcək”, – deyə sinoptiklər xəbərdarlıq edib.
Qeyd olunub ki, bəzi bölgələrdə havanın temperaturu rekord həddə – müsbət 40-41 dərəcəyə qədər yüksələ bilər.
Son xəbərlər
Son Xəbərlər