ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyanın şimal-qərbində hava zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat CENTCOM-un rəsmi “X” hesabında paylaşılıb.
Məlumata görə, iyunun 19-da həyata keçirilən dəqiq hərbi zərbə nəticəsində İŞİD-in yüksək rütbəli liderlərindən biri – Əli Hüseyn əl-Üleyvi məhv edilib.
Bildirilib ki, bu əməliyyat ABŞ-nin xaricdəki vətəndaşlarına və ya birbaşa ölkə ərazisinə hücum etmək istəyən terrorçuların fəaliyyətini pozmaq və onları tamamilə sıradan çıxarmaq məqsədilə apardığı davamlı mübarizənin bir hissəsidir. CENTCOM qüvvələri bu istiqamətdə regional tərəfdaşlarla birgə işləməyə davam edir.
“CENTCOM və tərəfdaşlarımız İŞİD-in tamamilə məğlub edilməsini təmin etmək üçün onun qalıqlarını kökündən kəsib atmaq öhdəliyinə sadiq qalırlar. Biz ABŞ-ni, hərbi qulluqçularımızı, eləcə də regiondakı müttəfiqlərimizi və tərəfdaşlarımızı qorumağa davam edəcəyik”, – deyə CENTCOM komandanı admiral Bred Kuper deyib.
Son xəbərlər
Son Xəbərlər