“Real Madrid”də komandanın hücumçusu Vinisius Junior ilə müqavilənin müddətini uzatmaq şanslarına getdikcə daha çox şübhə ilə yanaşırlar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış insayder-jurnalist Ramon Alvares məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, “Kral klubu” yeni sözləşmənin imzalanmasını artıq qeyri-real hesab edir. Qeyd olunur ki, “Real”ın prezidenti Florentino Peres braziliyalı ulduzun irəli sürdüyü şərtləri qəbul edə bilərdi, lakin hazırda belə bir qərar verməyə tələsmir və buna hazır deyil.
Klub daxilində belə bir ehtimal var ki, bu yay transfer pəncərəsində Vinisiusun xidmətində ciddi şəkildə maraqlı olan və böyük məbləğlər təklif edəcək bir klub ortaya çıxa bilər.
Xatırladaq ki, 25 yaşlı braziliyalı hücumçu 2018-ci ildən Madrid nəhənginin şərəfini qoruyur. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir. Nüfuzlu “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 140 milyon avro qiymətləndirir.
Qeyd edək ki, arxada qalan 2025/2026 mövsümündə Vinisius “Real”ın heyətində ümumilikdə 53 rəsmi matça çıxıb, 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
Son Xəbərlər