Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.
“Qafqazinfo” xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhər Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdırılaraq gizlədilmiş 1 ədəd “Kalaşnikov” markalı odlu silah, ona məxsus 1 ədəd daraq və 9 ədəd güllə aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər