Fransada Ebolaya ilk yoluxma qeydə alındı - 12 il sonra

fransada-ebolaya-ilk-yoluxma-qeyde-alindi
Oxunma sayı: 451

Fransada uzun müddət sonra Ebola virusuna ilk yoluxma faktı qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Yoluxmanın aşkarlandığı şəxsin Konqo Demokratik Respublikasından (KDR) qayıdan humanitar missiyanın həkimi olduğu bildirilir. 

Fransada Ebolaya sonuncu yoluxma halı 2014-cü ildə qeydə alınmışdı. Həmin vaxt “Sərhədsiz Həkimlər” təşkilatının könüllüsündə Ebola aşkarlanmışdı.

Qeyd edək ki, mayın 15-də KDR-in şərqində Ebola yayılmağa başlayıb. Xəstəliyin episentri ölkənin İturi əyalətidir. KDR hökumətinin son məlumatlarına görə, ölkədə indiyədək laboratoriya şəraitində təsdiqlənmiş 1048 yoluxma halı qeydə alınıb, epidemiyadan ölənlərin sayı isə 267 nəfərə çatıb