Qarabağ Universitetində “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir keçirildi - Fotolar

qarabag-universitetinde-telebe-heyatinin-ritmi-adli-sosial-medeni-tedbir-kecirildi
Oxunma sayı: 471

Tədris ilinin yekunlaşması münasibətilə Qarabağ Universitetinin tələbə yataqxanasında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qarabağ Universiteti məlumat yayıb.

Məlumata görə, tədbir çərçivəsində müxtəlif interaktiv oyunlar və əyləncəli yarışlar keçirilib.

İncəsənət fakültəsinin musiqi ixtisası üzrə təhsil alan tələbələri tərəfindən musiqi ifaları təqdim olunub, Dizayn ixtisası tələbələrinin hazırladığı rəsm əsərləri isə sərgi formatında nümayiş etdirilib.

Eyni zamanda tələbələrin təşəbbüsü ilə yataqxana ərazisində quş yuvaları asılıb.