“İran danışıqlarda böyük güzəştlərə gedir”

iran-danisiqlarda-boyuk-guzestlere-gedir
Oxunma sayı: 507

“İran münaqişənin həlli ilə bağlı ABŞ ilə aparılan danışıqlarda böyük güzəştlərə gedir”.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Konqresdə jurnalistlərlə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, İran ABŞ-nin irəli sürdüyü tələblərlə razılaşıb və danışıqlar müsbət istiqamətdə davam edir.

Xatırladaq ki, ötən həftə ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian  “İslamabad razılaşması”nı elektron şəkildə imzalayıblar.

Sənədə əsasən, tərəflər İranın nüvə proqramı və beynəlxalq sanksiyalarla bağlı məsələləri əhatə edən yekun razılaşma üçün 60 günlük danışıqlar aparacaqlar.