Tramp əl-Şaraa ilə telefonda danışdı

tramp-el-saraa-ile-telefonda-danisdi
Oxunma sayı: 121

Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında Suriyanın gələcəyi, ərazi bütövlüyü və daxili təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub.

“Qafqazinfo” xəbər verir ki, Suriya Prezidentinin mətbuat xidməti hər iki liderin ölkənin birliyinin və müstəqilliyinin qorunmasının vacibliyini təsdiqlədiyini bildirib.

Danışıq zamanı xüsusi diqqət kürd əhalisinin hüquqlarının Suriya dövləti çərçivəsində təmin edilməsinə və onların müdafiəsinə ayrılıb:

“Sözügedən müzakirə Suriya hökumət qüvvələri ilə kürd birləşmələri (SDQ) arasında əldə olunmuş son atəşkəs və inteqrasiya razılaşması fonunda baş tutub. Liderlər həmçinin İŞİD terror təşkilatına qarşı birgə mübarizənin davam etdirilməsi və regionda sabitliyin bərqərar olması üçün səylərin artırılması barədə razılığa gəliblər. Donald Tramp Suriyanın güclü və vahid dövlət kimi bərpasına dəstək verəcəyini ifadə edərək, ölkəyə yeni imkanların verilməsinin zəruriliyini vurğulayıb”.

Qeyd edək ki, Əhməd əl-Şaraa eyni zamanda Türkiyə və Fransa prezidentləri ilə də telefon danışıqları apararaq regional təhlükəsizlik məsələlərini müzakirə edib.