Xarici prodüserlərə güzəşt - Xərcləri geri ödəniləcək

xarici-produserlere-guzest
Oxunma sayı: 369

Film sahəsində xarici prodüserlərlə bağlı qanuna dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Kinematoqrafiya haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçiriləcək.

Xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Nuranə Daxilqızı