Mərakeş finaldakı qalmaqala görə məhkəməyə müraciət edəcək

merakes-finaldaki-qalmaqala-gore-mehkemeye-muraciet-edecek
Oxunma sayı: 676

Mərakeş Futbol Federasiyası (FRMF) Afrika Millətlər Kubokunun finalında yaşanan qalmaqallı hadisələrlə bağlı apellyasiyaya müraciət edəcəyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə federasiyanın yayımladığı bəyanatda qeyd olunub.

Bildirilib ki, ötən gün keçirilən final görüşündə hakim qərarları və Seneqal millisinin meydanı tərk etməsi matça kölgə salıb.

Belə ki, oyunun son dəqiqələrində Mərakeşin xeyrinə təyin edilən penalti qərarına etiraz edən Seneqal futbolçuları meydandan çıxaraq matçın gedişatını bir müddət dayandırıblar. Federasiya bu hərəkətin Mərakeş oyunçularının psixoloji durumuna və oyunun nəticəsinə birbaşa təsir etdiyini bildirib.

Xatırladaq ki, gərgin keçən qarşılaşmada Braim Diasın yerinə yetirdiyi penalti zərbəsini rəqib qapıçı Eduard Mendi dəf edib, əlavə vaxtda isə həlledici qolu vuran Seneqal millisinin futbolçusu Pap Qeye ölkəsinin çempionluğunu elan edib.

Onu da əlavə edək ki, Mərakeş tərəfi baş verənlərə hüquqi qiymət verilməsi üçün lazımi addımların atılacağını vurğulayıb.