Mərakeşli futbolçular rəqib qapıçının dəsmalını oğurladılar - Video

merakesli-futbolcular-reqib-qapicinin-desmalini-ogurladilar
Oxunma sayı: 551

Ötən gün Seneqal və Mərakeş arasında keçirilən Afrika Millətlər Kubokunun finalında daha bir qalmaqallı an yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, matçın gedişində mərakeşli futbolçular və topdaşıyan uşaqlar seneqallı qapıçı Eduard Mendinin dəsmalını oğurlamağa çalışıb.

Daha sonra isə Mendinin komanda yoldaşları onun dəsmalını götürərək futbolçuya gətirib. Lakin mərakeşlilər buna da mane olmaq istəyiblər. Nəticədə tərəflər arasında gərginlik yaşanıb.

Qeyd edək ki, Seneqal – Mərakeş oyununun 90+8-ci dəqiqəsində hakim birincilərin qapısına penalti təyin etdiyi üçün futbolçular meydandan çıxıb. Daha sonra Sadio Mane komanda yoldaşlarını geri qaytarıb. Matç Seneqalın 1:0 hesablı qələbəsi ilə başa çatıb.