Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Hyundai” markalı minik avtomobili toqquşub. Toqquşma zamanı minik avtomobilində olan rayon sakini, 1963-cü il təvəllüdlü Axundov Aydın Sabir oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 36 yaşlı Coşqun Hüseynov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər