Oğuzda qanunsuz ağac kəsiminə görə cinayət işi başlanılıb.
“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin regional qrupuna istinadən xəbər verir ki, rayonun Padar kəndində qovaq növündən olan ağacların kəsilməsi və təbiətə altı min manatdan artıq maddi ziyan vurulması ilə bağlı istintaq araşdırmaları aparılır.
Qeyd olunub ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 51 yaşlı İlkin Mustafayev saxlanılıb.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son xəbərlər
Son Xəbərlər