Astarada ötən ilin yekunları ilə bağlı yığıncaq keçirildi - Fotolar

astarada-oten-ilin-yekunlari-ile-bagli-yigincaq-kecirildi
Oxunma sayı: 113

Astara rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hesabat yığıncağında Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Millət vəkilləri Rəşad Mahmudov, Vasif Qafarov, YAP rayon təşkilatının sədri Həbib Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.  

Astara RİH başçısı Qəzənfər Ağayev geniş məruzə ilə çıxış edərək, 2025-ci ildə rayonda görülmüş işlər və 2026-cı ildə qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasəti Azərbaycanın dayanıqlı inkişafını təmin edib, xalqın rifahının yüksəlməsinə, ölkənin güclü və müasir dövlətə çevrilməsinə zəmin yaradıb. 

Müstəqil və suveren Azərbaycan dövlətinin banisi olan Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm dövlətçilik təməli bu gün də Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir. Onun ideyaları və siyasi irsi müasir dövlətimizin fəaliyyətində yaşayır və ölkəmizin gələcək inkişafına yol göstərir. 

Aparılan islahatlar, irəli sürülmüş təşəbbüslər ölkəmizin dinamik inkişafını təmin edib, sənayenin, kənd təsərrüfatının, turizm sektorunun inkişafına investisiyaların qoyulması iqtisadi gücümüzü daha da artırıb. Bu inkişaf Astara rayonunda da abadlıq işlərinin sürətləndirilməsinə və əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına şərait yaradıb.

Tədbirdə Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov, RİHB-nın Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Xaqani Xalıqov, Vətən müharibəsi qazisi, Azərbaycan Bayrağı Ordenli Rüfət Əsədullayev, rayon prokuroru Əli Əliyev, YAP rayon təşkilatının sədri Həbib Cəfərov, millət vəkilləri Rəşad Mahmudov və Vasif Qafarov çıxış ediblər.

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasəti, strateji islahatlar və qarşıda duran yeni hədəflər barədə geniş məlumat verib.

Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmiş və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirin sonunda rayonun 2026-cı ildə qarşıda duran vəzifələr üzrə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.