44 yaşlı qadın dəm qazından zəhərlənərək öldü

44-yasli-qadin-dem-qazindan-zeherlenerek-oldu
Oxunma sayı: 654

Mingəçevirdə bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Kürün sağ sahili adlanan ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Şəhər sakini, 44 yaşlı Arzu Aslanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı