Luvrdakı oğurluqdan - Yeni kadrlar

luvrdaki-ogurluqdan
Oxunma sayı: 933

Ötən il Luvr muzeyində baş vermiş oğurluq hadisəsinin yeni görüntüləri yayılıb.

“Qafqazinfo” “TF1” telekanalına istinadən xəbər verir ki, kadrlarda qoruyucu vitrinlərin qırılması anı əks olunub.

Videodan aydın olur ki, oğrular əvvəlcə vitrini xüsusi alətlə sındırmağa çalışıblar. Bundan sonra cinayətkarlardan biri vitrini dirsək və yumruq zərbələri ilə qırıb. Onun cinayət ortağı da vitrinin panellərindən birini yumruqla qırıb, daha sonra eksponatları oğurlayıblar.

Xatırladaq ki, oktyabrın 19-u Fransada Luvr muzeyinə daxil olan qarətçilər cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 102 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.