Təkcə Hindistan səfiri Şəhidlər xiyabanını ziyarət etmədi

tekce-hindistan-sefiri-sehidler-xiyabanini-ziyaret-etmedi
Oxunma sayı: 3014

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri yanvarın 19-da Şəhidlər xiyabanını ziyarət ediblər. 

“Qafqazinfo” xəbər verir ki, Şəhidlər xiyabanını ziyarət edən səfirlər arasında Hindistanın Azərbaycandakı səfiri Sridharan Madhusudhana olmayıb. 

Digər diplomatların Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad etdiyi halda, Hindistan səfirinin bu addımı Azərbaycan xalqına açıq hörmətsizlik hesab olunur.  

Məsələ ilə bağlı səfirliyə etdiyimiz müraciətə isə cavab ala bilmədik.